İŞİD-in Suriyanın Raqqa şəhərində edam etdiyi rus casusu ilə bağlı ilk reaksiya Çeçenistan rəhbəri Ramzan Kadırovdan gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kadırov əslən çeçen olan 23 yaşlı Maqomed Ahmedoviçi öldürənlərin çox yaşamayacağını deyib.
O, terrorçuların tezliklə öz cəzalarına çatacağını bildirib.
Qeyd edək ki, görüntülər dünən sosial şəbəkələrdən birində paylaşılıb. Videoda rus dilində danışan terrorçu əvvəlcə Rusiya və prezident Vladimir Putini təhdid edib. Daha sonra isə Ahmedoviçin başını kəsib.
Samir