"Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsini vurmaqla Türkiyə Suriyadakı siyasi proseslərə təsir göstərməyə çalışırdı".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazir Sergey Lavrov İtaliya mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələ ilə bağlı fikirləri dəyişməyib: "Bu məsələyə başqa cür yanaşmaq qeyri-mümkündür. Ya Türkiyə antiterror əməliyyatlarına mane olmağa, ya Rusiyanı Suriyadakı hava əməliyyatlarından yayındırmağa, ya da ki bu ölkədəki siyasi proseslərə təsir göstərməyə çalışır".
Lavrov İŞİD-ə qalib gəlmək üçün yerüstü əməliyyatların keçirilməsinin vacibliyindən də danışıb: "Suriyada hava hücumlarının dəstəyi ilə yerüstü əməliyyatlar keçirilməlidir. Bununla İŞİD-i tez bir zamanda məğlub etmək olar. Hava əməliyyatlarında ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Rusiya qüvvələri birləşməlidir. Quru əməliyyatlarında isə ən əsas rol Suriya ordusunun olmalıdır. Bunu amerikalı həmkarlarımız da açıqlayıb. Ancaq onlar Suriya ordusu ilə əməkdaşlıq məsələsində şərtlərini irəli sürüblər. Suriya prezidenti Bəşər Əsədin vəzifəsindən getməsi ilə bağlı şərtlər qəbuledilməzdir. Onların bunu tələb etməyə haqqı yoxdur".
Samir