Rusiyanın İrkutsk vilayətində zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 02:27-də qeydə alınan yeraltı təkanların episentri Baykal gölü akvatoriyasında yerləşib.
İrkutsk şəhərində zəlzələ 4-6 bal, Buryatiyanın bir sıra yaşayış məntəqələrində isə 3 bal gücündə hiss olunub.
Dağıntı və zərərçəkən yoxdur.