4 Fevral 2016 20:15
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyalı hərbçilər, o cümlədən öldürülən hərbi rütbəli şəxs Suriyada quru əməliyyatlarında iştirak etməyib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu hərbçilər Suriya ordusuna yeni silahlarla təlim keçmək üçün göndərilib:

"Rusiyalı hərbçilər iki ölkə arasında bağlanmış razılığa əasən suriyalı əsgərlərə yeni silahlardan istifadə qaydalarını öyrədir və onlara təlim keçir. Öldürülən hərbçiyə gəlincə isə, Rusiya Müdafiə Nazirliyi bununla bağlı araşdırmalar apardığından onun adını açıqlaya bilmərik".

Qeyd edək ki, fevralın 3-də silahlıların Suriyadakı bazalardan birinə hücumu zamanı rusiyalı hərbçi öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər