7 Fevral 2016 22:39
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İraq Kürd Regional Rəhbərliyinin (İKBY) paytaxtı Ərbil şəhərində konsulluq açacaq.


Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Bağdaddakı səfiri Semir əs Sebha məlumat verib.


Səfirin sözlərinə görə, bu barədə Kürdüstan rəhbərliyi ilə razılıq əldə olunub.

“Bölgədəki bütün etnik və dini azlıqların nümayəndələri ilə görüşmüşük. Yaxın vaxtlarda Bağdadda səfirliyin, Ərbildə isə konsulluq binasının açılışı olacaq”, - səfir qeyd edib.

Xatırladaq ki, ötən ay Səudiyyə Ərəbistanı 25 ildən sonra Bağdadda səfirlik açmaq üçün hazırlıqlara başlayıb. Ancaq hələlik rəsmi açılış olmayıb.


Müəllif:

Oxşar xəbərlər