9 Fevral 2016 10:47
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə Suriyaya xüsusi təyinatlılar göndərəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Səudiyyənin xarici işlər naziri Adel əl-Cubeyr açıqlama verib. Onun sözlərinə görə, göndərilən xüsusi təyinatlılar Suriyada quru əməliyyatlarında iştirak edəcək.

Əl-Cubeyr əlavə edib ki, Səudiyyənin quru əməliyyatlarına ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri havadan dəstək verəcək.

Qeyd edək ki, bir müddət öncə Bəhreyn də Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarında iştiraka hazır olduğunu açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər