9 Fevral 2016 14:06
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Su-24 hadisəsinə görə Türkiyədən rəsmi üzürxahlıq, günahkarların cəzalandırılmasını və kompensasiya gözləyir".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov "RİA Novosti" agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ilk gündən Türkiyənin bu böhranın aradan qaldırılması üçün nə etməli olduğunu bildirib: "Türkiyənin hadisə ilə bağlı təəssüfünü bildirməsi kifayət etmir. Rəsmi üzürxahlıq vacibdir. Əgər bu tələblər yerinə yetirilməsə, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından və ikitərəfli formada yüksək səviyyədə görüşlərdən söhbət gedə bilməz".

Karlov əlavə edib ki, hər hansı səviyyədə rəsmi görüşlər üçün Ankara hökuməti Su-24 hadisəsi ilə bağlı mövqeyini dəyişməlidir: "Türkiyə tərəfi bəyan edib ki, rusiyalı həmkarları ilə yüksək səviyyəli görüş keçirmək istəyirlər. Ankara mövqeyini dəyişməsə, görüşün baş tutmasının anlamı olmayacaq. Qorxuram ki, bu vəziyyətdə bütün əlaqələr dondurulacaq. Müəyyən sayda ölkələr var ki, bizim onlarla münasibətlərimiz onilliklər boyu inkişaf etmir. Türkiyə də tələblərə əməl etməsə, bu ölkələr sırasına daxil olacaq".

Səfir bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün vasitəçiyə ehtiyac yoxdur: "Qazaxıstan, Azərbaycan, Qırğızıstan kimi ölkələr Moskva və Ankara arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçi olmaq istəyirlər. Biz hesab edirik ki, burada vasitəçiliyə ehtiyac yoxdur. Bizim mövqeyimiz Türkiyə tərəfinə aydındır".

Qeyd edək ki, Moskva və Ankara arasında münasibətlər noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə tərəfindən vurulması hadisəsindən sonra gərginləşib.

Samir


Müəllif:

Oxşar xəbərlər