Əfqanıstanın Parvan əyalətində terror aktı törədilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 14 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Qeyd olunur ki, ölənlərdən 6-sı polis əməkdaşıdır.