ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şəhərin Belfeyr qəsəbəsində silahlı şəxs 4 nəfəri güllələdikdən sonra intihar edib.
Məlumatlara görə, öldürülən şəxslər arasında cinayətkarın iki azyaşlı övladı və həyat yoldaşı da olub. Təcavüzkarın güllələdiyi 4-cü şəxsin kimliyi məlum deyil. Faktla bağlı araşdırmalar başlanıb. Yerli mediada yayılan xəbərlərdə bildirilib ki, öldürülən uşaqlar rusiyalı olub və bir müddət əvvəl cütlük tərəfindən himayəyə götürüb.
Elvin