ABŞ-ın Virciniya ştatında atışma nəticəsində qadın polis ölüb, daha iki zabit yaralanıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə şənbə günü axşam polislərin məişət zorakılığının mümkünlüyü üzündən çağırışa gəldiyi zaman verib.
Qeyd olunur ki, şənbə günü ölən qadın polis Eşli Quindonun ilk iş günü olub.
Yaralı poilislərin vəziyyəti haqqında hələlik məlumat yoxdur, şübhəli şəxs saxlanılıb.