28 Fevral 2016 20:57
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin arvadlarından biri qaçıb.

Bu barədə “As-Sumariya” telekanalı bildirib.

Telekanalın məlumatına görə, alman Diana Kryuger İraqın şimalinda yerləşən Ninova vilayətindəki düşərgədən naməlum şəraitdə yoxa çıxıb. Onun iki köməkçisi ilə birlikdə qaçdığı bildiilir.

Bağdadi arvadının yerinin müəyyənləşdirilməsi üçün elit dəstənin ayrılması barədə göstəriş verdi. İŞİD döyüşçülərinə alman qadını müşayiət edənlərin hamısının saxlanılması barədə əmr edilib.

Telekanal qeyd eir ki, Bağdadi və Kryugerin toyu ötən il oktyabrın 8-də Ninova vilayətində tam məxfi şəraitdə olub. Kryuger qadınların işləri üzrə İŞİD-in şəriət məhkəməsinin başçısı vəzifəsini icra edirdi.(publika.az)


Müəllif:

Oxşar xəbərlər