2 Mart 2016 01:37
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya hərbçiləri Suriyada əməkdaşlıq etmir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu "RİA Novosti"yə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Mişel Baldans bildirib.

Fevralın 23-də bir neçə gündən sonra Suriyada atəşkəsin tətbiq olunacağı məlum oldu. Bundan sonra, hər iki tərəfin Suriyada münaqişənin siyasi nizamlanmasında iştirak etməsinə baxmayaraq, Pentaqon bəyan etdi ki, Suriyada Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırmır.

"ABŞ Müdafiə Nazirliyi Rusiya ilə əməkdaşlıq etmir. Rusiya hərbçiləri ilə fəaliyyətimizi koordinasiya da etmirik. Biz İŞİD terror təşkilatına qarşı mübarizədə öz pilotlarımızın, eləcədə beynəlxalq koalisiyanın hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi naminə Rusiya ilə məhdud müzakirələr aparırıq", - Baldans bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər