ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə fərman imzalayıb.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu sanksiyalar Ukrayna hadisələri ilə əlaqədar 2014-cü ilin martından tətbiq edilməyə başlayıb.
Fərmanda bildirilir ki, hazırkı sanksiyalar 6 mart 2016-ci il tarixindən sonra da qüvvədə qalacaq: "Çünki Rusiyanın hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaradır".
Nihad