3 Mart 2016 08:34
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Normand dördlüyü" (Rusiya, Ukrayna, Almaniya, Fransa) XİN başçıları bu gün Parisdə bir araya gələcək.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, tərəflər əsasən, Donbasda seçkilərin keçirilməsi, eləcə də təhlükəsizlik və humanitar məsələləri müzakirə edəcəklər.

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer hesab edir ki, "Normand dördlüyü" XİN başçılarının bu görüşü açar rolu oynayacaq və münaqişənin nizamlanmasında müəyyən irəliləyişlərəldə olunacaq.

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Rusiya nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrov başçılıq edəcək. Onun Fransa həmkarı ilə tətbətək görüşdə Suriya məsələsini də müzakirə edəcəyi gözlənilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər