"Rusiya nə ABŞ, nə Avropa Birliyi, nə də NATO ilə qarşıdurma istəyir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Beynəlxalq siyasətdə Rusiya" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əksinə, Rusiya Qərb tərəfdaşları ilə ən geniş əməkdaşlığa açıqdır: "Əvvəlki kimi hesab edirik ki, Avropa qitəsində yaşayan xalqaların maraqlarını təmin etmək üçün ən yaxşı üsul Atlantik okenından Sakit okeana kimi uzanan ərazidə ümumi iqtisadiyyat və humanitar məkanın formalaşması olardı".
Bundan başqa, Lavrov müsahibə zamanı ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin fikrini xatırlayıb: "Moskvada çıxışı zamanı Kissincer maraqlı fikir səsləndirmişdi. O deyirdi ki, Rusiyaya ABŞ üçün əsas təhlükə kimi baxmaq düzgün deyil. Bu ölkə istənilən qlobal tarazlığın əsas elementi hesab edilməlidir".
Samir