Lavrovdan bayraq məsələsinə etiraz
"Normand dördülüyü" ölkələrinin dünən Parisdə keçirdiyi və 4 saat davam edən görüşündə böyük nəticələr əldə olunmayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiyanın "Ria Novosti" agentliyi məlumat yayıb:
Fransanın paytaxtında keçirilən danışıqların nəticələri pessimistdi. Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer bu görüşü "ən çətin danışıqlardan biri" kimi qiymətləndirib və nəticədən məmnun olmadığını deyib. Hazırda ən vacib problemlərdən olan Donbasda seçkilərin keçirilməsi məsələsi hələ də həll edilməmiş qaldı. Bununla yanaşı Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib ki, tərəflər danışıqlar zamanı bəzi məsələlərin həllində irəliləyişə nail ola bilib.
Seçki məsələsi: 3 nəfər birinə qarşı
Görüşün əvvəlində xoşagəlməz hadisə baş verib. Bütün görüşlərdə Ukrayna və Rusiya bayraqları hər zamanı kənarlarda yer alırdı. Bu dəfə isə bayraqlar yanaşı qoyulmuşdu. Bu isə ukraynalı və rusiyalı nazirlər tərəfindən yaxşı qarşılanmayıb. Sergey Lavrov "Bir yerdə dayanmaq məcburiyyətindəyik" deyərək, buna etiraz edib.
Ukrayna XİN rəhbəri Pavel Klimkin isə məsələni Twitter hesabında dəyərləndirib: "Ştaynmayer və fransızlar protokola uyğun olaraq, mənə Eyro və Lavrov arasında durmağı təklif etdilər. Amma görünür bu məsələ Rusiyanın mövqeyinə təsir etməyib".
Bir neçə məsələdə irəliləyiş mümkün olmayıb: Lavrovun sözlərinə görə, Donbasda seçkilərin iyunda keçirilməsi məsələsi ilə Fransa, Almaniya və Rusiya tərəfi razılaşsa da, rəsmi Kiyev bunu qəbul etməyib: "Ukrayna tərəfi xahiş etdi ki, bu məsələdə təkid etməyək və nəticə əldə edilmədi. Luqansk və Donetsk nümayəndələri hələ 2015-ci ilin payızında seçkilər keçirmək fikrində idilər. Ancaq 2015-ci ilin oktyabrında Parisdə baş tutan danışıqlar zamanı onlar seçkiləri 2016-cı ilin fevral-aprel aylarında keçirməyə raızlaşıblar. Bu müddətdə Ukrayna tərəfi Minsk öhdəliklərini yerinə yetirməyə borclu idi: Donbasa xüsusi status verilməli, Donetsk və Luqansk hadisələrinin iştirakçılarına cəza verməkdən yayınmalı, həmçinin konstitusiyaya düzəlişlər edilməli idi. Ancaq Kiyev bunları yerinə yetirməyib.
Samir