ABŞ-ın Alyaska ştatınn sahillərində gecə saatlarında ardıcıl 4 yeraltı təkan qeydə alınıb.
Teleraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Geoloji xidməti məlumat yayıb.
Zəlzələlərin episentri Atka şəhərindən 74 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində yerləşib. Xidmətin məlumatına görə, zəlzələlərin gücü isə Rixter şkalası üzrə 5.4, 6.4, 4.9 və 5.4 bal gücündə olub. Dağıntı və tələfat qeydə alınmayıb.
Samir