13 Mart 2016 14:59
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama apreldə Londona səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Independent" qəzeti məlumat yayıb.

Qəzetin iddialarına görə, Obamanın Britaniya səfərinin məqsədi bu ölkənin Avropa Birliyində qalmasını təmin etməkdir: "Obama britaniyalıları Avropa Birliyində qalmağa inandırmağa çalışacaq".

Qeyd edək ki, məsələ ilə bağlı referendum iyunun 23-də keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər