ABŞ prezidenti Barak Obama ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb:
"Liderlər Rusiya qoşunlarının ukraynadan çıxarılması ilə bağlı Putinin əmrini, gələcək addımları, Suriyada atəşin tamamilə dayandırılmasını və Ukrayna böhranını müzakirə ediblər".
Qeyd edək ki, Rusiya prezidenti martın 15-də rus qoşunlarının Suriyadan çıxarılması ilə bağlı əmr imzalayıb.
Samir