ABŞ Maliyyə Nazirliyi İranın ballistik raket proqramı ilə əməkdaşlıq edən 6 şirkətə və 2 şəxsə qarşı sanksiyalar irəli sürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunlar İranın “Şəhid Nuri” və “Şəhid Musəvi” sənaye şirkətləri, Birləşmiş Ərəb Əmirliklərinin 2 şirkəti, eləcə də İranın “Mahan” aviasiya şirkəti ilə əməkdaşlıq edən Böyük Britaniyanın 2 şirkətidir.
ABŞ “Mahan” şirkətini İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yardım etməkdə günahlandırıb.
Samir