4 Aprel 2016 10:16
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən qeyri-qanuni miqrantlar Avropadan Türkiyəyə göndəriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, artıq ilk miqrant qrupu Yunanıstandan Türkiyəyə yola salınıb.

Məlumatlara görə, qarşıdakı 3 gün ərzində 750 miqrantın Türkiyəyə göndərilməsi gözlənilir: "131 miqrantı daşıyan iki qayıq Lesbos adasından Türkiyənin Dikili limanına istiqamət alıb".

Qeyd edək ki, Avropa Birliyi ilə Türkiyə martın 18-də Brüssel sammitində miqrant məsələsində razılığa gəliblər.

Samir


Müəllif: