ABŞ prezidenti Barak Obama bu vəzifədə çalışdığı müddətdə özünün ən böyük səhvini açıqlayıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Obama Liviyaya hərbi müdaxilənin onun ən ciddi səhvi oduğunu bidirib.
Fox News telekanalının aparıcısı prezidnetə bir neçə sual verib və onlara dərhalcavab verməsini xahiş edib. Sualladan biri belə olub: "Sizin ən böyük səhviniz?"
"Mümkündür ki, ən ciddi səhvim Liviyaya müdaxilədən sonrakı günün planını qurmağın uğursuzluqla nəticələnməsi idi. O zaman mən Liviyaya müdaxilə qərarının doğru olduğunu düşünürdüm", - Obama suala cavabında bildirib.
O, prezidentliyi dövründə ən böyük uğuru barədə suala cavabında isə deyib ki, iqtisadiyyatı böyük depressiyadan qoruya bilib.
Nihad