12 Aprel 2016 15:25
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Əməliyyat zamanı 162 terrorçu, 12 əldəqayırma partlayıcı zərərsizləşdirilib. Öldürülənlər arasında PKK liderləri də olub. Terrorçuların evində axtarış zamanı 47 ədəd "Kalaşnikov" avtomatı da aşkar edilib.

Məlumatlara görə, əməliyyatlar Mardinin Nüsaybin bölgəsində, Şırnak və Silopidə keçirilib.

Samir


Müəllif: