İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha bir qadın edam edilib.
Teleqraf.com GünAZ.TV-yə istinadən xəbər verir ki, 43 yaşlı müttəhim Aminə Rzaiyan aprelin 14-ü sübh saatlarında İranın Kaşmər şəhərinin zindanında dar ağacından asılıb.
O, iki il əvvəldən həbsdə saxlanılırdı. Edam edilən Aminənin ailə vəziyyəti barədə hər hansı bir məlumat yayılmayıb. Bildirilir ki, Kaşmər həbsxanasında saxlanılan və eyni ittihamla edama məhkum olunmuş Xavər adlı daha bir məhbus qadın ölüm hökmünün icrasını gözləyir.
Beynəlxalq təşkilatların bütün etirazlarına baxmayaraq, son illər İranda edamların sayı kəskin artıb. İran İslam Respublikası öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada ikinci yeri tutur. Birinci yer isə Çinə məxsusdur.
Bəkir