"Kreml rus təyyarəsinin Amerikaya məxsus krayserin üzərində manevr etməsi məsələsində Rusiya Müdafiə Nazirliyinin mövqeyini dəstəkləyir".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Məlum hadisəyə ABŞ dövlət katibi Con Kerri də münasibət bildirib. Kerri bu hadisəni son vaxtlar baş verən ən aqressiv akt kimi qiymətləndirib: "Başa düşmək lazımdır ki, bu, ciddi məsələdir və ABŞ buna icazə verməyəcək. Bu, ağılsız bir addımdır. Biz Rusiya tərəfi ilə məsələni müzakirə edəcəyik və güman edirik ki, bu hadisə bir daha təkrarlanmayacaq".
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenko bəyan edib ki, Rusiya qırıcıları bütün beynəlxalq təhlükəsizlik tələblərinə riayət edib.
Samir