Dünyada ən qapalı rejimin hökm sürdüyü Şimali Koreyanın paytaxtı Pxenyanın 2 xətt və 16 stansiyadan ibarət metro sistemini ilk dəfə əcnəbi fotoqraf görüntüləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nüvə sınaqları və dünyanı təhdid eləməklə gündəmə gələn ölkə ilk dəfə metro sistemini xaricilərin üzünə açıb.
Fotoqraf Elliot Davies indiyədək yalnız iki stansiyasının şəkli çəkilmiş metro sistemini tam görüntüləyə bilib.
Şimali Koreya Pxenyan metrosunun dünyada ən dərin metro olduğunu iddia edir. Bəzi yerlərdə metronun dərinliyi 110 metrə çatır. Stansiyaların bəzisində eniş 4 dəqiqə çəkir.
Pilləkənlərdə isə sərnişinlərə inqilab müsiqisi təqdim olunur.
Mahir