Rusiya hökuməti ötən ilin dekabrında BMT-nin Parisdəki konfrasında iqlim dəyişikliyi ilə bağlı əldə edilmiş razılaşmanı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.
Bildirilib ki, BMT-də razılaşmanı Rusiya tərəfindən baş nazirin müavini Aleksandr Xloponin imzalayacaq.
Qeyd edək ki, Parisdə keçirilən konfransın iştirakçıları atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun XX əsrlə müqayisədə orta hesabla 2 dərəcədən yuxarı qalxmamasına dair razılıq əldə ediblər.
Samir