1 May 2016 19:25
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı Dəməşq şəhərinin ətrafında atəşkəs rejimi bir günlük uzadılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “France Press” agentliyində yer alıb.

Məlumata görə, atəşkəsin bu günün sonuna kimi davam etməsi ilə bağlı razılığa gəlinib.

Xəbər verilir ki, Latakia vilayətində də sakitlik hökm sürür.

Hələbdə isə münaqişə tərəfləri vasitəçilərin köməyi ilə atəşkəsin bərpası üçün danışıqlar aparırlar.


Müəllif:

Oxşar xəbərlər