Ermənistanda yezidlər prezidentinin iqamətgahı yaxınlığında etiraz aksiyası keçirib.
Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, onlar sahibkar Djindi Amaryanın azadlığa buraxılmasını tələb ediblər.
Amaryanaqarşı Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (qəsb, geniş miqyasda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ittiham irəli sürülüb.
Yezidlər hesab edirlər ki, sahibkar sifarişlə həbs edilib.