7 May 2016 15:12
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin keçmiş deputatı Əli Tacirniya jurnalistlərə açıqlamasında hakimiyyətdaxili bəzi radikal qüvvələrin ölkə prezidenti Həsən Ruhaniyə qarşı göstərdiyi təzyiqindən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tacirniyanın sözlərinə görə, hakimiyyətin radikal qanadından olan qüvvələr tərəfindən İran prezidentinə tez-tez müsajlar göndərilir:

“Eşitdiyimiz xəbərlərə görə, hakimiyyət strukturundakı bəzi nüfuzlu şəxslər prezident Həsən Ruhaniyə mesaj göndəriblər ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürməsin. Bu gün mühafizəkarların ən mühüm strategiyalarından biri ondan ibarətdir ki, Ruhanini bu kimi təzyiqlərlə yorub, onu istefa verməyə məcbur etsinlər. Əgər mühafizəkarlar bu hədəflərinə çatmasalar və ya onların bu cəhdi baş tutmasa, düşünürəm ki, onlar növbəti prezident seçkilərində Ruhaniyə qarşı təxribatçı qüvvələrdən istifadə etməyə çalışacaqlar. Ruhaniyə qarşı ən mühüm təxribatçı vasitələrdən biri isə Mahmud Əhmədinejad kimi bir şəxs və ya ona bənzər başqa birisi ola bilər”.

Samir


Müəllif:

Oxşar xəbərlər