Rusiya hərbçilərinin Suriyadakı əməliyyatlar zamanı əsas problemi texnika ilə bağlı olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı arşadırmalar aparır.
Qeyd edək ki, dünən Rusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə müşavirə keçirib. Putin bildirib ki, Suriya əməliyyatları Rusiya Silahlı Qüvvələrindəki nöqsanları üzə çıxarıb.
Samir