15 May 2016 14:57
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin şərqində PKK terror təşkilatına qarşı gedən döyüşlərdə türk silahlı qüvvələrinin xüsusi təyinatlı yeddi əsgəri şəhid olub.

"Report"un məlumatına görə, bu haqda "ANF" agentliyi xəbər yayıb.

Məlumata görə, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin bir neçə hərbçisi yaralanıb.

Terrorçularla türk xüsusi bölmə əsgərləri arasında ağır döyüşlər Türkiyənin şərqindəki Şirnak əyalətində baş verib.

Agentliyin xəbərinə görə, terrorçular eyni vaxtda polis departamentinə və kazarmasına, internat məktəbinə və hərbçi yataqxanasına hücum ediblər.

Döyüşlər zamanı bir neçə terroçu öldürülüb.

Agentliyin daha bir məlumatına görə, döyüşlər davam edir.


Müəllif:

Oxşar xəbərlər