18 May 2016 14:53
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının növbəti iclası keçiriləcək.

Teleqraf.com"Anadolu" agentliyinə istinadən xəbər verir ki, iclasdan sonra partiya sədrliyinə namizədin adı açıqlanacaq.

Bununla da Türkiyənin yeni baş nazirinin kimliyi ictimaiyyətə məlum olacaq.

Qeyd edək ki, hazırki baş nazir Əhməd Davudoğlu mayın 22-də istefa verəcəyini bildirib: "Konqresdə namizəd olmayacam. Ədalət və İnkişaf partiyasının millət vəkili olaraq, siyasi fəaliyyətimi davam etdirəcəyəm".

Davudoğlu istefa səbəbini də açıqlayıb: "Bu qərarı partiya daxilində parçalanmalara səbəb olmamaq üçün verdim. Mən heç kimə bu məsələdə spekulyasiya etməyə imkan verməyəcəyəm. Ərdoğanın qüruru mənim qürurum, ailəsinin şərəfi mənim şərəfimdir. Heç kim mənim dilimdən Ərdoğana qarşı fikir eşitməyəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər