Aprelin 2-dən 5-dək “dörgünlük müharibə” zamanı Talış kəndindən qaçan ermənilər şəraiti bataqlıqdan fərqlənməyən Razdan rayonunda kollec yataqxanasında məskunlaşıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, ermənilər onlar üçün yaradılan şəraitdən narazı olduqlarını bildiriblər: “Gəlib ilişib qalmışıq, bura bataqlıqdır”.
Qəza vəziyyətində olan bina siçovullarla qaynaşır.
Siçovullar uşaqların burnunu və qulaqlarını dişlədiyi üçün ermənilər ailələrinin təhlükəsizliyindən qorxurlar.
1992-ci ildən bu yataqxanada məskunlaşan Anuş Arakelyan deyib ki, Qarabağda aprel döyüşləri başlayanda atası ilə anası da onun yanına gəlib. 80 yaşlı valideynləri Raya və Muşeq Mirabyan üç qonşusu ilə birgə zirzəmidə qalır. Onlar üfunətli yataqxanada heç ayaqyolunun belə olmadığını söyləyiblər. Onların jurnalistlərə deyiblər: “Çəkin, çəkin görsünlər ki, ayaqyolumuz yoxdur. Bizi ancaq seçkilər zamanı yada salırlar”.
Raya Mirabyan deyib ki, polis Talış kəndini boşaldıb, kənddə heç bir erməni qalmayıb. O, yeddi övladından altısının Rusiyada yaşadığını, yalnız qızı Anuşun Ermənistanda qaldığını qeyd edib.
1992-ci ildən bu yataqxanada 5 uşağı ilə birlikdə yaşayan Arevat Xaçatryan deyib ki, müharibədən sonra o, Qarabağa qayıtmayıb. Beş uşaqdan yalnız qızı Liana Qarabağa ərə gedib. Aprelin 2-də isə o, üç oğlu, xəstə qayınanası və qayınatası ilə birlikdə qaçmağa məcbur olub. Bu gün onların hamısı bir otaqda həmin yataqxanada məskunlaşıb.
Nərgiz