20 May 2016 16:24
2 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən universitetin Stavropol bölgəsindəki filialında cinayət hadisəsi baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, universitetdə dərs deyən Maksim Timaşov yeməkxana növbətçiliyində yatan əsgərini güllələyib.

Timaşov dindirilmə zamanı bəzi məsələlərə aydınlıq gətirib: "Əlimdəki silahla kursantı oyatmaq istədim. Birdən o oyandı və ehtiyatsızlıqdan silahdan atəş açdım. Güllə yeniyetmənin başndan dəydi".

Məhkəmə komandiri təqsirli bilərək, 11 müddətinə azadlıqdan məhrum edib. Məhkəmə prosesi zamanı çıxış edən mərhumun atası, Aleksandrovsk rayonunun polis rəisi Vladimir Bordarenko Timaşovun həbs olunmamasını istəyib: "Sizdən çox xahiş edirəm ki, onu həbs etməyəsiz. O, bunu qəsdən etməyib".

Qeyd edək ki, hadisədən dərhal sonra Timaşov vəzifəsindən azad olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər