"Türkiyə Silahlı Qüvvələrinin Nusaybin bölgəsindən Suriyaya girməsi ilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İranın Fars agentliyinin yaydığı məlumata görə, türk əsgərləri iki tank, bir buldozer və çox sayda hərbi avtomobillə Marinin Nusaybin bölgəsinin Qamışlı yaşayış məntəqəsindən Suriya torpaqlarına daxil olublar.
Samir