Rusiyanın Suriyadakı Tiyas hərbi hava bazası dağıdılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Amerikanın "Stratfor" şirkəti məlumat yayıb.
Bildirilib ki, baza İŞİD-in hücumları zamanı partladılıb. Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir. Məsələ ilə bağlı Rusiya tərəfi hələlik heç bir açıqlama verməyib.
Rusiyanın 4 helikopter və 20-ə qədər hərbi yük maşını itirdiyi məlum olub.
Bazanın dağıdıldığını peyk şəkilləri də təsdiq edir.