Avropa İttifaqı Polşaya xəbərdarlıq edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının vitse prezidenti Frans Timmermans deyib.
Onun sözlərinə görə, xəbərdarlıq hüququn aliliyinə təhlükə yaratdığı üçün edilib. Timmermans bildirib ki, əgər Polşa irəli sürülən tələbləri yerinə yetirməsə Avropa İttifaqında səsvermədən məhrum ediləcək. Tələblərin yerinə yetirilməsi üçün Varşavaya iki həftə vaxt verilib.
Qeyd edək ki, ötən ilin dekabrında dekabrda Polşanın sağçı hökuməti ölkənin ali məhkəməsinə dəyişiklik edib. Tənqidçilərin fikrincə, bu dəyişiklik məhkəmənin qanunlara yenidən baxmasının qarşısını alır.
Samir