21 Oktyabr 2020 22:12
12 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın göstərişi ilə Prezident Armen Sarkisyan Brusselə səfər edib. O, səfər çərçivəsində NATO Baş katibi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, A.Sarkisyan görüş zamanı Ermənistanın KTMT-dan gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib.

Müharibədən sonra Ermənistan öz xarici siyasətini NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib. Bu, Ermənistan Rusiyaya növbəti xəyanət nümunəsidir.

Ermənistan ordusunda hazırda ciddi əsgər çatışmazlığı yaşanır. Bu səbəbdən Ermənistan özünün Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini geriçəkir

Ermənistanın, Qafqaz regionunda Rusyanın for-postu olmasına baxmayaraq, xüsusən son illərdə NATO ilə yaxın əməkdaşlıq və Avropanın bir çox ölkələri ilə, eləcədə Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşılıq əlaqələrinin genişləndirdiyi müşahidə olunur.

2004-cü ildən NATO-nun Kosovadakı əməliyyatlarında ilkin olaraq Yunan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı “ISAF” missiyasında (46 nəfər) daha sonra “Qətiyyətli Dəstək Missiyasında” (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı “UNİFİL” missiyasında (33 nəfər) İtaliyan qüvvələrinin tərkibində, BMT-nin Malidəki “MINISUMA” missiyasında Fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Sülhməramlı əməliyyatlarda iştirakın coğrafiyasından və həm qərb ölkələri həm də Rusiya tərəfindən dəstəklənən əməliyyatlarda aktiv iştirakından bu nəticəyə gəlinir ki, xüsusi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı fonunda Ermənistan bu tipli əməliyyatlardan xarici siyasətin mühüm bir vasitəsi kimi istifadə edir. Belə ki, dünyanın və Avropanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək, ölkə haqqında müsbət təəssurat yaratmaq, eyni zamanda Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda və ümumiyyətlə beynəlxalq aləmdə özlərinin təcavüzkar deyil, əksinə sülhsevər xalq olduqlarını sübut etmək, özlərinin diplomatik gücünü artırmağa və xarici siyasi hədəflərinə nail olmağa çalışırlar.

Sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiya, Rusya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa və Rusyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər