Qarabağda ağır zərbələr alan Ermənistan hökuməti döyüşə məhbusları göndərir.
Teleqraf.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian faktı təsdiqləyib.
“28 oktyabr tarixinə olan məlumata görə 12 nəfər məhkum barəsində həbs qəti imkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir”, deyə Xaçatrian bildirib.