12 Noyabr 2020 13:58
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin bəyanatı Ermənistanı şoka saldı”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşr ölkədə ictimai-siyasi durumun getdikcə pisləşdiyini bildirib:

“İki gündür ki, vətəndaşlar bu qərarla razılaşmadıqlarını bildirirlər və dünən 17 siyasi qüvvənin tərəfdarlarının iştirakı ilə mitinq keçirməyə cəhd edildi. Bunların arasında ikinci böyük parlament qüvvəsi olan Ermənistanın keçmiş hakim Respublika Partiyası, Çiçəklənən Ermənistan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi Rodina partiyası, Daşnaksütyun və bir sıra digər partiyalar var.

Aksiya zamanı çox sayda insan meydana çıxdı, hökumət binalarına, daha sonra parlamentə doğru bir yürüş edildi.

Yəni müharibə bitdikdən sonra vətən təhlükəsizliyi və rifahı təhlükə altındadır, yeni siyasi proseslər, ilk növbədə, ölkənin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Artıq bir neçə gündür dövlət qurumlarının işi iflic olub, parlament iclas çağırmayıb, büdcə layihəsinin müzakirəsi dayandırılıb, digər məsələlər həll olunmayıb, bu da ölkəyə mənfi təsir göstərəcək”.

“Joxovurd” Dağlıq Qarabağdakı məğlubiyyətin Ermənistan cəmiyyətini parçaladığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər