“Müharibədən əvvəl də hökumətin problemləri həll etmək üçün müxtəlif imkanları var idi, amma populyarlığı itirmək qorxusu ilə bunu etmədilər”.
Teleqraf.com xəbər verir ki, bunu “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan deyib.
Millət vəkili qeyd edib ki, siyasi məsuliyyət daşıyan şəxs (Baş nazir Nikol Paşinyan) Feysbukda “bəyənmə” (“layk”) toplamaqdan başqa heç bir işlə məşğul deyil və dövlət üçün ən vacib problemləri həll etmir:
“İnsanlar qərar vermək üçün seçilir, insanlar gəlib soruşmaq üçün seçilmir: nə edim? Nə qərar verəcəyinizi bilmirsinizsə, bu vəzifəyə qaçmayın. Ermənistanın lideri vəzifəsinə seçilmisinizsə, bu ölkənin dəhşətli bir qonşuluğa sahib olduğunu bilməlisiniz, ən azı ondan əvvəl xəritəyə baxmalısınız. Anlamalı idiniz ki, “hökumət villası” və “Mercedes”lə yanaşı, həll olunmamış Qarabağ münaqişəsi də var. Buna hazır deyilsinizsə, baş nazir olmayın”.
Marukyan Nikol Paşinyanı “vətən xaini” adlandırıb.