8 Dekabr 2020 15:40
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Ermənilərin Katolikosu II Qaregin Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı II Qareginin müraciəti yayılıb.

Katolikos qeyd edib ki, müharibə və məğlubiyyət ermənilərin ruhunu sarsıdıb, Ermənistan və diaspor təşkilatlarında həmrəyliklə yanaşı milli birliyi pozub.

O həmçinin qeyd edib ki, vəziyyətin pisləşməsi ilə bağlı Erməni Apostol Kilsəsinin xadimləri, yepiskopları və Ali Ruhani Şura üzvləri ilə müzakirələr aparıb: “Ermənistan prezidenti, spikeri, müxalifət, ictimai və milli təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Bu kritik vəziyyətin yalnız konstitusiya yolu, milli razılıq və ehtiyatlı şəraitdə həll edilməli olduğuna inanırıq”.

“Baş nazir Nikol Paşinyanla görüşdük. Getdikcə dərinləşən daxili siyasi gərginlik və baş nazir şəxsiyyətinə inamın aşağı olması ilə əlaqədar olaraq ictimai həyatda baş verən təlatümlərin və mümkün toqquşmaların və faciəli nəticələrin qarşısını almaq üçün onu Baş nazir vəzifəsindən istefa etməyə çağırdıq”,- katolikosun mesajında deyilir.


Müəllif: Cavad

Oxşar xəbərlər