“Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ anlaşması ilə bağlı “qeyri-müəyyənliklərə aydınlıq gətirmək” üçün yeni danışıqların planlaşdırıldığını elan edərək, mövqelərini gücləndirməyə və ölkədəki siyasi böhranı azaltmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov belə deyib.
Onun sözlərinə görə, Paşinyan “qeyri-müəyyənliklərin aydınlaşdırılması” barədə açıqlamaları ilə ölkədəki siyasi böhranı yumşaltmaq, hakimiyyəti əlində saxlamaq və atəşkəs şərtlərinə qarşı çıxanları biraz sakitləşdirmək istəyir.
Ötən gün parlamentdə çıxış edən Paşinyan Dağlıq Qarabağla bağlı bəyannaməyə əlavə sənəd olmadığını, ancaq ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın gələcəkdə bölgəyə səfərinin gözlənildiyini və aydınlaşdırılması lazım olan qeyri-müəyyənliklərin olduğunu qeyd edib.