11 Dekabr 2020 10:09
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əzab içində olan Nikol Paşinyanın anti-milli diktator rejimi öz ömrünü uzatmağa çalışır, amma o, ölmək üzrədir, buna baxmayaraq icma liderlərinə və Ağsaqqallar Şurasının üzvlərinə qarşı repressiyalara başlayır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Vətən” Partiyasının verdiyi açıqlamada bildirilib.

“Diktator Paşinyanın qanunsuz təlimatlarının əlaltısı və itaətkar icraçısına çevrilmiş bəzi güc strukturlarına xəbərdarlıq edirik - hakim qrupun və baş nazirin antimilli siyasətlərinə qarşı haqlı etirazlarını ifadə edən icmaların nümayəndələrini təhdid və şiddətlə susdurmağa cəsarət etməyin. Yalanlar və çirkli şantaj yolu ilə icma nümayəndələrini nüfuzdan salmaq cəhdlərinin dərhal dayandırılmasını tələb edirik.

Paşinyanın istefası üçün ümummilli tələbə hələ qoşulmamış Ermənistan Respublikası icmalarının liderlərini bütün siyasi və vətəndaş məsuliyyətlərini dərk etməyə və hökumətin istefasını tələb etməyə çağırırıq”, - açıqlamada qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər