Vətəndaşlar Ermənistan parlamentinin girişində hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryanın avtomobilinə yumurta atıblar.
Teleqraf.com xəbər verir ki, avtomobilə yumurtalarla hücuma keçən etirazçılar deputatın ünvanına “xain” ittihamları səsləndiriblər.
Baş verənləri görən Andranik Köçəryan əsəblərinə hakim ola bilməyərək, onları söyüşlərlə təhqir edib.
Ancaq aksiya iştirakçıları deputata “borclu” qalmayıblar, millət vəkilinə də yumurtalarla hücum edərək, ona eyni söyüşlərlə cavab veriblər.