“Mənim addımım” parlament fraksiyası yayımladığı açıqlamada Baş nazir Nikol Paşinyana dəstəyini bildirib.
Teleqraf.com xəbər verir ki, fraksiya bəzi hərbi personalın siyasi açıqlamalarını yolverilməz və bunu hərbi çevriliş cəhdi kimi qəbul etdiklərini açıqlayıb.
Bəyanatda qeyd edilib ki, konstitusiyaya zidd olan və xarici təhdidlərlə dolu bu addım xalqın hakimiyyətini ələ keçirməyə hesablanıb.
“Təəssüf ki, ölkənin təhlükəsizliyindən məsuliyyət daşıyanlar məsuliyyətsiz davranırlar. Fraksiya sabitliyin qorunub saxlanılmasında dövlət və xalqın hakimiyyəti ilə həmrəydir”.
Millət vəkilləri vətəndaşları öz hakimiyyətlərini qorumaq üçün Respublika Meydanına gəlməyə çağırıb.
Qeyd edək ki, Ermənistan ordusunun Baş Qərargahının 40-dan çox zabitinin Paşinyanın istefasını tələb edən birgə sənədi imzalamasından sonra ölkədə vəziyyət yenidən gərginləşib. Paşinyan buna cavab olaraq qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.