İrəvanda xəstəxanaların birində xəstə özünü pəncərədən ataraq öldürüb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hadisə COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi üzrə ixtisaslaşan xəstəxanada baş verib.
Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, xəstəxanada yerləşdirilən 72 yaşlı şəxs müalicə almaqdan imtina edib.
Psixoloqların onunla apardığı söhbətin də bir nəticəsi olmayıb.
Sübh vaxtı isə xəstəxananın həyətində cəsəd aşkar edilib.
Hazırda erməni polisi hadisəni araşdırır.