Uzun illər Kəlbəcərin işğal edilməsindən istifadə edərək Zod qızıl yatağını qanunsuz istismar edən “Zod Uind” şirkəti Ermənistan hökumətini məhkəməyə verib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, həyasızcasına Ermənistanla müştərək formada Azərbaycan qızıl mədənini qanunsuz istismar edən şirkət indi iddi edir ki, erməni hökuməti ərazini Azərbaycandan müdafiə edə bilməyib.
Bu səbəbdən də şirkət Ermənistan hökumətindən 5 milyon dollar təzminat tələb edir.