16 İyun 2021 13:57
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ermənistanın Kotayk bölgəsində daha bir qətl hadisəsi baş verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, polis gecə saatlarında çoxsaylı bıçaq zərbələri alan bir şəxsin xəstəxanaya çatdırıldığı haqda məlumat alıb.

Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək olmayıb.

Müəyyən edilib ki, həmin şəxs bölgədəki “Müqəddəs qəbr” adlandırılan ərazidə bıçaqlanıb. Hadisə yerində qan izləri və pivə şüşələri tapılıb.

Qətli törədən şəxsin kimliyi hələlik bilinmir.

Qeyd edək ki, son aylar Ermənistan həm də kriminal avtoritetlərin, cinayətkar aləmin üzvlərinin müharibə ərazisinə çevrilib. Bu müddət ərzində kriminal qrupların ona yaxın üzvü öldürülüb.

Ehtimal olunur ki, son qətldə bu qəbildən olan hadisədir.


Müəllif: Cavad

Oxşar xəbərlər